BMT: Dünyada 258 milyondan çox miqrant var

BMT: Dünyada 258 milyondan çox miqrant var Bakı. 19 dekabr. REPORT.AZ/ BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti dünyada 258 milyondan çox miqrantın olması barədə məruzə hazırlayıb.
Digər ölkələr
19 Dekabr , 2017 06:14
BMT: Dünyada 258 milyondan çox miqrant var

Bakı. 19 dekabr. REPORT.AZ/ BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti dünyada 258 milyondan çox miqrantın olması barədə məruzə hazırlayıb.

"Report" xəbər verir ki, sənəddə 2000-ci illə müqayisədə miqrantların 49 faiz artdığı qeyd edilir.

Onların 26 milyonu qaçqınlardır.

Öz ölkəsini ən çox tərk etmiş insanlar (49,8 milyon nəfər) ABŞ-da yaşayır. Səudiyyə Ərəbistanında, Almaniyada və Rusiyada yaşayan miqrantların sayı hər ölkə üzrə təxminən 12 milyon nəfərə çatır. Böyük Britaniyada bu göstərici 9 milyon insan təşkil edir.

Hindistandan dünyada miqrantların sayına görə (17 milyon nəfər) birinci yerdədir. Siyahıda bu ölkəni 13 milyon miqrantla Meksika izləyir.

Rusiyadan, Çindən, Banqladeşdən, Suriyadan, Pakistandan və Ukraynadan gəlmələr miqrantların ümumi miqdarının əhəmiyyətli hissəsini təşkil edirlər. Bu ölkələrdən hər birində 6 milyondan 11 milyon nəfərə qədər miqrant var.

Son xəbərlər

Orphus sistemi