Yuxarı

​BMT: Donbassda münaqişə zamanı 6,4 min nəfər ölüb

Onların 626 nəfərini zərif cinsin nümayəndələri təşkil edir

Bakı. 01 İyun. REPORT.AZ/ BMT-nin məlumatına görə, Donbassda gedən hərbi əməliyyatlar zamanı ən azı 6 min 417 nəfər həlak olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölənlər arasında ən azı 626 nəfər qadın və qız var.

Münaqişə zamanı 15 min 962 nəfər zərər çəkib.

Qeyd olunur ki, BMT-nin versiyasına görə mayın əvvəlində ölənlərin sayı 6 min 243 nəfər təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi