BMT-dəki missiyalar məsafəli fəaliyyətə keçdi

BMT-dəki missiyalar məsafəli fəaliyyətə keçdi BMT-nin Nyu-Yorkdakı qərargahında 50-dən çox missiya yeni koronavirusla əlaqədar olaraq tam və ya qismən məsafəli fəaliyyətə keçib.
Digər ölkələr
14 Mart , 2020 12:42
BMT-dəki missiyalar məsafəli fəaliyyətə keçdi

BMT-nin Nyu-Yorkdakı qərargahında 50-dən çox missiya yeni koronavirusla əlaqədar olaraq tam və ya qismən məsafəli fəaliyyətə keçib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, burada ilk yoluxma halının aşkarlanması, bununla bağlı tədbirlərin təxirə salınaraq təhlükəsizliyin gücləndirilməsinə dair BMT baş katibinin qərarlarından sonra təşkilatın yanında müxtəlif ölkələrin nümayəndəlikləri bir-birinin ardınca əməkdaşlarını evə göndərir.

“Hazırda bütövlükdə və ya qismən məsafəli fəaliyyətə keçmiş azı 53 missiya məlumdur. Bundan sonra daimi nümayəndəliklərin böyük əksəriyyətinin bənzər addımlar atacağını gözləmək olar”,- mənbə qeyd edib.

Hazırda Nyu-York şəhərində koronavirusa 154 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi