BMT-də Yəmənlə bağlı yüksək səviyyəli görüş keçiriləcək

BMT-də Yəmənlə bağlı yüksək səviyyəli görüş keçiriləcək “22 sentyabr tarixində Yəməndə humanitar böhranla əlaqədar BMT Baş Assambleyasının yüksək səviyyəli görüşü təşkil olunacaq. İsveç, İsveçrə və Avropa Birliyinin ev sahibliyi ilə təşkil olunan görüş beynəlxalq ictimaiyyətin Yəmən xalqı ilə həmrəylik nümayiş
Digər ölkələr
17 Sentyabr , 2021 01:36
BMT-də Yəmənlə bağlı yüksək səviyyəli görüş keçiriləcək

“22 sentyabr tarixində Yəməndə humanitar böhranla əlaqədar BMT Baş Assambleyasının yüksək səviyyəli görüşü təşkil olunacaq. İsveç, İsveçrə və Avropa Birliyinin ev sahibliyi ilə təşkil olunan görüş beynəlxalq ictimaiyyətin Yəmən xalqı ilə həmrəylik nümayiş etdirməsi, o cümlədən humanitar müraciətlərə töhfə verilməsi üçün əhəmiyyət daşıyır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, BMT-nin Yəmən üzrə yeni xüsusi nümayəndəsi Hans Qrundberqin Yəmən və Səudiyyə Ərəbistanı rəsmiləri ilə yanaşı digər diplomatlarla görüşmək üçün Ər -Riyada gedib.

O səfərin münaqişənin danışıqlar yolu ilə siyasi həllinə dəstək üçün göstərilən diplomatik səylərin bir hissəsi olduğu bildirilib:

“Cənab Qundberq Yəmən prezidenti, baş naziri, xarici işlər naziri və ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi ilə görüşəcək. Təəssüflə qeyd etməliyəm ki, Yəmən iqtisadiyyatı tamamilə çökmək üzrədir və ölkədə ağır humanitar vəziyyət davam edir. BMT-nin bölgədə olan humanitar missiyasının məlumatına görə, Yəmən əhalisinin təxminən 80 faizi ehtiyac içərisindədir. Əhalisinin yarıdan çoxu kəskin qida çatışmazlığı ilə üzləşib. Beş milyon insanın aclığa yaxın olduğu bir ölkədə ərzaq qiymətləri ciddi şəkildə artıb”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi