BMT-də Şimali Koreyada insan hüquqları və azadlıqları məsələsi müzakirə olunub

BMT-də Şimali Koreyada insan hüquqları və azadlıqları məsələsi müzakirə olunub İclas sonunda heç bir qərar qəbul edilməyib
Digər ölkələr
11 Dekabr , 2015 04:42
BMT-də Şimali Koreyada insan hüquqları və azadlıqları məsələsi müzakirə olunub

Bakı. 11 dekabr. REPORT.AZ/ BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreyada insan hüquqları və azadlıqları mövzusuna həsr olunmuş iclas keçirilib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, müzakirələr Rusiya, Çinin, Venesuela və Anqolanın etirazlarına baxmayaraq baş tutub.

İclasda çıxış edən bir sıra qərb dövlətlərinin nümayəndələri Şimali Koreyada cərəyan edən proseslərin beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə olduğunu vurğulayıblar. Lakin Çin və Rusiya təmsilçiləri bu fikirlə razılaşmayıblar.

Şimali Koreya rəsmiləri ümumiyyətlə bu müzakirələri boykot ediblər. İclas sonunda heç bir qərar qəbul edilməyib.

Son xəbərlər

Orphus sistemi