BMT-də nüvə silahının tamamilə qadağan edilməsinə dair konvensiyanın mətni razılaşdırılıb

BMT-də nüvə silahının tamamilə qadağan edilməsinə dair konvensiyanın mətni razılaşdırılıb Konvensiyaya qoşulan ölkələrə öz ərazilərində digər dövlətlərin nüvə silahını yerləşdirmək qadağan ediləcək
Digər ölkələr
7 İyul , 2017 19:51
BMT-də nüvə silahının tamamilə qadağan edilməsinə dair konvensiyanın mətni razılaşdırılıb

Bakı. 7 iyul. REPORT.AZ/ BMT-nin Baş Qərargahında keçirilən beynəlxalq konfrans iştirakçıları nüvə silahının tamamilə qadağan edilməsinə dair konvensiyanın mətnini razılaşdırıblar.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa kimi nəhəng nüvə ölkələrinin qatılmadığı və bir neçə həftə davam edən danışıqların yekunu kimi hazırlanan sənəd səs çoxluğu ilə qəbul olunub.

Konvensiya mətninə əsasən, sənəd 2017-ci il sentyabrın 20-də imzalanacaq və 90 gündən sonra 50 ölkə tərəfindən ratifikasiya edilərək qüvvəyə minəcək.

Konvensiyaya qoşulan ölkələrə öz ərazilərində digər dövlətlərin nüvə silahını yerləşdirmək qadağan ediləcək.

Son xəbərlər

Orphus sistemi