Bakı. 12 iyul. REPORT.AZ/ Cənubi Sudanın paytaxtı Cubendəki qaçqın düşərgəsində hücumlar nəticəsində 8 nəfər ölüb, 60-dan çox adam yaralanıb.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujjarik məlumat verib.
"BMT-nin Cənubi Sudandakı missiyası məlumat verib ki, son 24 saat ərzində qaçqın düşərgəsində 67 nəfər yaralanıb. Onlardan 8-i ölüb" – deyə o bildirib.
Bundan əvvəl Dyujjarikin müavini Fərhan Xan Cənubi Sudandakı qarşıdurmalarda Çindən olan iki sülhməramlının öldürüldüyünü, 7 nəfərin yaralandığını bildirib.