BMT Britaniyanı Culian Assanjın hüquqlarını pozmaqda ittiham edib

BMT Britaniyanı Culian Assanjın hüquqlarını pozmaqda ittiham edib BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Nils Melser Böyük Britaniyanı WikiLeaksin banisi Culian Assanjın hüquqlarını pozmaqda ittiham edib.
Digər ölkələr
1 noyabr 2019 23:26
BMT Britaniyanı Culian Assanjın hüquqlarını pozmaqda ittiham edib

BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Nils Melser Böyük Britaniyanı "WikiLeaks"in banisi Culian Assanjın hüquqlarını pozmaqda ittiham edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

O, əlavə edib ki, Assanj məxfi sənədlərin nəşri üçün son dərəcə yüksək qiymət ödəyib.

"Mənim fikrimcə, bu iş Assancın təqsiri və ya təqsirsizliyi ilə heç cür bağlı deyil. Onu təxmini hərbi cinayətlər və korrupsiya hadisələri də daxil olmaqla, hakimiyyət tərəfindən ciddi pozuntuların elan edilməsi üçün yüksək qiymət ödəməyə məcbur ediblər", - deyə o bildirib.

Melser həmçinin Assanjın sağlamlığının pisləşməsi ilə bağlı narahatlığını ifadə edib. BMT rəsmisi bildirib ki, onun həyatı təhlükə altındadır.

Son xəbərlər

Orphus sistemi