BMT Baş katibinin müavini Ukraynada səfərdədir

BMT Baş katibinin müavini Ukraynada səfərdədir BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Ukraynada səfərdədir.
Digər ölkələr
12 dekabr 2022 17:08
BMT Baş katibinin müavini Ukraynada səfərdədir

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Ukraynada səfərdədir.

“Report” TASS-a istinadən xəbər verir ki, Qriffits Ukraynada dörd gün qalacaq.

“O, hakimiyyət orqanlarının nümayəndələri, humanitar təşkilatlar və müharibədən zərər çəkmiş insanlarla görüşlər keçirəcək”, - təşkilatdan bildirilib.

Qeyd olunur ki, Baş katibin müavini Nikolayevdə BMT-nin dəstəyi ilə yaradılmış köçkünlər üçün düşərgəyə və çörək zavoduna baş çəkəcək, daha sonra Xersona gedərək burada isinmə məntəqələrinin yaradılması üzrə BMT əməkdaşlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti ilə tanış olacaq. BMT nümayəndəsinin səfəri Kiyevdə başa çatacaq. O, paytaxtda hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də xarici diplomatlarla görüşəcək.

Son xəbərlər

Orphus sistemi