BMT baş katibinə KXDR-ə giriş qadağan olunub

BMT baş katibinə KXDR-ə giriş qadağan olunub KXDR hökuməti Pan Gi Munun Keson sənaye zonasına səfərinə qadağa qoyub
Digər ölkələr
20 May , 2015 09:43
BMT baş katibinə KXDR-ə giriş qadağan olunub

Bakı. 20 may. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) hökuməti BMT baş katibi Pan Gi Munun Keson sənaye zonasına səfərinə qadağa qoyub. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

"Bu gün səhər KXDR hökuməti öz diplomatik kanalları ilə mənim Kesona daxil olmağım üçün icazənin geri götürülməsi barədə bizi məlumatlandırıb. Bunun səbəbləri bizə məlum deyil”, - Seulda olan Pan Gi Mun bildirib.  

Kesona səfər mayın 21-nə planlaşdırılıb və əvvəlcədən rəsmi Seul və Pxenyan tərəfindən razılaşdırılıb. 

BMT baş katibləri artıq 20 ildir ki, Şimali Koreyaya səfər etmir. Son dəfə KXDR-də 1993-cü ildə Butros-Butros Qali olub.

Son xəbərlər

Orphus sistemi