BMT baş katibi Vaşinqtona ekstremizmlə mübarizə Sammitinə gedəcək

BMT baş katibi Vaşinqtona ekstremizmlə mübarizə Sammitinə gedəcək Sammit zamanı iştirakçılar terrorizmlə mübarizəni müzakirə edəcəklər
Digər ölkələr
19 Fevral , 2015 10:18
BMT baş katibi Vaşinqtona ekstremizmlə mübarizə Sammitinə gedəcək

Bakı. 19 fevral. REPORT.AZ/ Fevralın 19-da BMT baş katibi Pan Gi Mun Vaşinqtona gələcək və ekstremizmlə mübarizəyə həsr olunan Sammitdə iştirak edəcək. Bu barədə "Report" BMT xəbərlər mərkəzinə istinadən bildirir. 

Sammit iştirakçıları qarşısında çıxışı zaman Pan Gi Mun dövlətləri terrorizm və ekstremizmlə mübarizədə hərtərəfli şəkildə bütün mümkün vasitələrdən istifadə etməyə çağırmaq niyyətindədir. Bununla əlaqədar o, toplantı iştirakçılarına Terrorizmlə Qlobal Mübarizə Strategiyasının əhəmiyyəti haqqında da xatırlatmaq  fikrindədir.
Bu strategiya 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunub. O, dövlətləri terrorçuların maliyyələşdirilməsinin qarşısını almağa, onlara kütləvi qırğın silahlarını əldə etmək imkanını verməməyə, eləcə də terrorizmə yol aça biləcək şərtlərin aradan qaldırılmasına dair tədbirlərin görülməsinə çağıracaq. 

Son xəbərlər

Orphus sistemi