BMT Baş katibi Ukraynanın şərqindəki eskalasiyadan narahatdır

BMT Baş katibi Ukraynanın şərqindəki eskalasiyadan narahatdır BMT Baş katibi Antoniu Quttereş Ukraynanın şərqində eskalasiyadan narahatdır.
Digər ölkələr
21 fevral 2022 17:49
BMT Baş katibi Ukraynanın şərqindəki eskalasiyadan narahatdır

BMT Baş katibi Antoniu Quttereş Ukraynanın şərqində eskalasiyadan narahatdır.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki, BMT bütün tərəfləri Ukraynanın ərazi bütövlüyünə və ya Minsk razılaşmalarının yerinə yetirilməsinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırır.

"Bizim mövqeyimiz eynidir - BMT Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir", - Düjarrik bildirib.

“Biz bütün iştirakçıları Ukraynanın ərazi bütövlüyünə və Minsk razılaşmalarının yerinə yetirilməsinə xələl gətirə biləcək hər hansı birtərəfli qərar və hərəkətlərdən çəkinməyə çağırardıq”, - o əlavə edib.

“BMT-nin baş katibi son vaxtlar Ukraynanın şərqində təmas xəttində ağır silahlardan istifadə də daxil olmaqla, atəşkəs rejiminin pozulması hallarının sayının artması ilə bağlı xəbərlərdən son dərəcə narahatdır”, - Dujarrik vurğulayıb.

“Biz xüsusilə mülki əhalinin tələfatı, mülki infrastruktura hücumlar və evakuasiyalar barədə məlumatlardan narahatıq”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi