BMT baş katibi Suriyada yaranmış vəziyyətdən narahat olduğunu bildirib

BMT baş katibi Suriyada yaranmış vəziyyətdən narahat olduğunu bildirib Bakı. 30 iyun. REPORT.AZ/ BMT baş katibi Antoniu Quttereş Suriyanın cənub-şərqindəki bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.
Digər ölkələr
30 İyun , 2018 04:35
BMT baş katibi Suriyada yaranmış vəziyyətdən narahat olduğunu bildirib

Bakı. 30 iyun. REPORT.AZ/ BMT baş katibi Antoniu Quttereş Suriyanın cənub-şərqindəki bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin açıqlamasında bildirilir.

Sənəddə qeyd edilir ki, baş katib həmin regionda yaranan vəziyyətdən narahatdır. Bundan əlavə, Quttereş tərəflərə Suriyanın cənub-qərbində Rusiya, ABŞ və İordaniya ilə imzalanmış, gərginliyin dayandırılması barədə razılaşmanı xatırladıb.

A.Quttereş həmçinin münaqişənin regiona humanitar yardımların çatdırılmasına maneə törətməsinə diqqət çəkib. 

Son xəbərlər

Orphus sistemi