BMT baş katibi: "Suriya üzrə danışıqlar dekabrın ortalarında Nyu-Yorkda keçirilə bilər"

BMT baş katibi: "Suriya üzrə danışıqlar dekabrın ortalarında Nyu-Yorkda keçirilə bilər" "İştirakçı dövlətlər Vyana prosesi çərçivəsində üçüncü görüşün Nyu-Yorkda keçirilməsi üçün səylərini koordinasiya edib, çox sıx işləyir"
Digər ölkələr
4 Dekabr , 2015 09:25
BMT baş katibi: Suriya üzrə danışıqlar dekabrın ortalarında Nyu-Yorkda keçirilə bilər

Bakı. 4 dekabr. REPORT.AZ/ Suriya münaqişəsinin həlli perspektivləri ilə bağlı danışıqların yeni mərhələsi dekabrın ortalarında Nyu-Yorkda keçirilə bilər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Mun məlumat verib.

Belə bir görüşün dekabrın 18-də keçirilməsinin mümkünlüyü ilə bağlı suala baş katibin cavabı belə olub: "İştirakçı dövlətlər Vyana prosesi çərçivəsində üçüncü görüşün Nyu-Yorkda keçirilməsi üçün səylərini koordinasiya edib, çox sıx işləyir".

Son xəbərlər

Orphus sistemi