Yuxarı

​BMT baş katibi: "Suriya böhranının həlli Əsədin gələcəyindən asılı olmamalıdır"

Prinsip etibarı ilə, prezident Əsədin gələcək taleyi ilə bağlı qərarı Suriya xalqı qəbul etməlidir

Bakı. 17 dekabr. REPORT.AZ/ Suriyada yaranan böhranın həlli ölkə prezidenti Bəşər Əsədin gələcək taleyindən asılı olmamalıdır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə BMT-nin baş katibi Pan Gi Mun bildirib.

"Prinsip etibarı ilə, prezident Əsədin gələcək taleyi ilə bağlı qərarı Suriya xalqı qəbul etməlidir. Eyni zamanda, mən hesab edirəm ki, bütün Suriya böhranı və onun həllinin təkcə bir insanın taleyindən asılı olması fikri qəbuledilməzdir. Bu yolverilməzdir", - deyə baş katib qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi