Yuxarı

​BMT baş katibi Beynəlxalq Sülh Günündə qlobal şəkildə atəşi dayandırmağa çağırıb

Pan Gi Mun bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə səsləyib

Bakı. 21 sentyabr. REPORT.AZ/ BMT baş katibi Beynəlxalq Sülh Günündə qlobal şəkildə atəşi dayandırmağa çağırıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Pan Gi Mun bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə səsləyib.

Beynəlxalq Sülh Günündə BMT Baş Assambleyasının 70-ci sessiyası zamanı sessiyanın sədri Mogens Lükketoft qaçqınlarla bağlı böhranı ön plana çəkib. Onun fikrincə, bu, ümumi böhrandır və problem həll edilməlidir: "Böyük ölkələr ya qaçqınları qəbul etməli, ya da ki, onları dəstəkləmək məqsədilə böyük məbləğlər ayırmalıdır".

Mərasimdə BMT səfirlərindən biri, tanınmış amerikalı aktyor Maykl Duqlas da iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi