Yuxarı
    Bağlamaq

    ​BMT baş katibi Şimali Koreyanı nüvə sınağına görə tənqid edib

    Pan Gi Mun rəsmi Pxenyanı nüvə silahının işlənməsi istiqamətində fəaliyyətdən imtina etməyə çağırıb

    Bakı. 6 yanvar. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Koreya Xalq Demokratik Respublikasının (KXDR) hidrogen bombasını sınaqdan keçirməsini qınayıb və rəsmi Pxenyanı nüvə silahının işlənməsi istiqamətində fəaliyyətdən imtina etməyə çağırıb.

    Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

    "Bu hərəkətlər regionda sabitliyə mane olur və mən bunları birmənalı şəkildə qınayıram", - deyə BMT baş katibi jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, KXDR-nın apardığı sınaqlar BMT Təhlükəsizlik Şurasının ölkəyə nüvə və raket texnologiyası ilə bağlı hər hansı fəaliyyətlə məşğul olmağı qadağan edən bir çox qətnaməsini pozur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi