Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 13-də BMT-nin baş katibi Pan Gi Mun Avropa İnkişaf Günlərində iştirak etmək üçün Brüsselə yola düşəcək, iyunun 16-da isə Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda iştirak edəcək.
"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sankt-Peterburqda Pan Gi Munun Rusiya prezidenti Vladimir Putin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Rusiyadan Pan Gi Mun Yunanıstana yollanacaq, qaçqınlarla həmrəyliyini nümayiş etdirmək üçün Lesbos adasına gedəcək.