BMT baş katibi Rusiyada təyyarə qəzasında ölənlərin yaxınlarına başsağlığı verib

BMT baş katibi Rusiyada təyyarə qəzasında ölənlərin yaxınlarına başsağlığı verib Bakı. 12 fevral. REPORT.AZ/ BMT Baş katibi Antoniu Quterriş Rusiyada Moskva vilayətində An-148 təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Digər ölkələr
12 Fevral , 2018 11:00
BMT baş katibi Rusiyada təyyarə qəzasında ölənlərin yaxınlarına başsağlığı verib
ТАСС

Bakı. 12 fevral. REPORT.AZ/ BMT Baş katibi Antoniu Quterriş Rusiyada Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrikin "Twitter" səhifəsində bildirib.

"O, Moskva vilayətində baş verən faciəli hadisəni dərin kədər hissi ilə öyrəndi və ölənlərin yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verir", - səhifədə yazılıb.

Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb.

Sərnişinlər arasında bir Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.

Son xəbərlər

Orphus sistemi