BMT baş katibi qaçqın və köçkünlərin taleyi üçün birgə məsuliyyət üzrə qlobal saziş bağlamağı təklif edib

BMT baş katibi qaçqın və köçkünlərin taleyi üçün birgə məsuliyyət üzrə qlobal saziş bağlamağı təklif edib Son 15 il ərzində beynəlxalq miqrantların sayı 40% artıb
Digər ölkələr
10 May , 2016 09:56
BMT baş katibi qaçqın və köçkünlərin taleyi üçün birgə məsuliyyət üzrə qlobal saziş bağlamağı təklif edib

Bakı. 10 may. REPORT.AZ/ Ümumdünya humanitar yardım sammiti ərəfəsində BMT baş katibi Pan Gi Mun "Təhlükəsizlik və ləyaqət şəraitində: qaçqın və köçkünlərin böyük qruplarının hərəkət probleminin həlli" adlı hesabat təqdim edib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, hesabatda qaçqın və köçkünlərin müdafiəsi və rifahının yaxşılaşdırılması üçün kollektiv tədbirlər üzrə tövsiyələr yer alıb.

Hesabatda bildirilib ki, son 15 il ərzində beynəlxalq miqrantların sayı 40% artıb. Pan Gi Mun yarısı uşaq olmaqla 60 milyondan artıq insanın zorakılıq və ya zülmdən qaçdığını və indi qaçqın və ya məcburi köçkün olduğunu qeyd edib.

Son məlumatlara görə, artıq miqrantların sayı 244 milyon nəfərə çatıb.

Hesabatda dünya üzrə bütün qaçqın və köçkünlərin təxminən 90 faizinin inkişaf etməkdə olan ölkələrdə sığınacaq tapdığı öz əksini tapıb. Səkkiz ölkənin payına dünya üzrə qaçqınlar ümumi sayının yarıdan çoxu düşür. Qaçqınların çətin vəziyyətini aradan qaldırmaq üçün tələb olunan vəsaitin 75 faizini BMT büdcəsinə yatırılmasını cəmi on ölkə təmin edir.

BMT baş katibi miqrantların əsas kütləsinin istiqamətləndiyi ölkələri bu problemlə təkbətək qoymamağa çağırıb. O, hesabatında qaçqın və köçkünlərin taleyi üçün birgə məsuliyyət üzrə qlobal saziş bağlamağı təklif edib.

BMT-nin başçısı mayın 23-24-də İstanbulda keçiriləcək Ümumdünya humanitar yardım sammitində üzv dövlətlərin qaçqın və miqrantlara kömək üçün üzərlərinə yeni öhdəliklər götürəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi