BMT baş katibi postuna 9 namizəd müsabiqənin birinci mərhələsindən keçib

BMT baş katibi postuna 9 namizəd müsabiqənin birinci mərhələsindən keçib BMT Təhlükəsizlik Şurası iyul ayında yeni baş katibin seçilməsi prosesinə başlayacaq
Digər ölkələr
16 Aprel , 2016 08:39
BMT baş katibi postuna 9 namizəd müsabiqənin birinci mərhələsindən keçib

Bakı. 16 aprel. REPORT.AZ/ BMT-nin Nyu-Yorkdakı qərargahında üzv dövlətlərin təşkilatın baş katibi postuna namizədlərlə müsabiqənin birinci mərhələsi başa çatıb. 

"Report" xəbər verir ki, hazırda BMT baş katibi vəzifəsinə rəsmi olaraq 9 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 7-si Şərqi Avropadandır: Srcan Kərim (Makedoniya), Vesna Pusiç (Xorvatiya), İqor Lukşiç (Monteneqro), Danilo Türk (Sloveniya), İrina Bokova (Bolqarıstan), Natalya German (Moldova) və Vuk Yeremiç (Serbiya). Namizədlər siyahısında həmçinin Antoniu Qutyerreş (Portuqaliya) və Helen Klark (Yeni Zelandiya) da var.

Ümumilikdə namizədlər 800 suala cavab verib. 

Namizədlərin BMT-yə üzv dövlətlərlə növbəti görüşü iyun ayında keçiriləcək, iyulda isə BMT Təhlükəsizlik Şurası yeni baş katibin seçilməsi prosesinə başlayacaq.

Yeni baş katib vəzifəsinin icrasına 2017-ci ilin yanvarından başlayacaq. Onun səlahiyyət müddəti 5 ildir.

Son xəbərlər

Orphus sistemi