BMT Baş katibi "omikron" ştamına görə səyahətləri qadağan etməməyə çağırıb

BMT Baş katibi "omikron" ştamına görə səyahətləri qadağan etməməyə çağırıb Koronavirus üçün əlavə sınaq testləri "omikron" ştamına qarşı mübarizənin daha təsirli yolu olacaq.
Digər ölkələr
2 Dekabr , 2021 06:17
BMT Baş katibi omikron ştamına görə səyahətləri qadağan etməməyə çağırıb
Antoniu Quterreş

Koronavirus üçün əlavə sınaq testləri "omikron" ştamına qarşı mübarizənin daha təsirli yolu olacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Afrika ölkələrinin inkişafı ilə bağlı çıxışında bildirib.

"Səyahətlə bağlı qadağalar səmərəsizdir. Mən bütün hökumətləri koronavirus üçün əlavə testlər, eləcə də vəziyyətə uyğun digər təsirli tədbirlər tətbiq etmək barədə düşünməyə çağırıram. Bu, yoluxma riskini azaltmaq üçün yeganə yoldur", - Quterreş deyib.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “Omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir.

Son xəbərlər

Orphus sistemi