Yuxarı

BMT baş katibi müsəlmanlardan intiqam almamağa çağırıb

Pan Gi Mun Fransada terror aktı qurbanlarının xatirəsinə həsr olunan Paris marşını alqışlayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun  Fransada terror aktı qurbanlarının xatirəsinə həsr olunan Paris marşını alqışlayıb. "Report" xəbər verir ki, BMT-nin mətbuat katibi çıxışında bildirib ki, Pan Gi Mun bəyanatında  ekstremizm, antisemitizm, insan haqları və hüquq bərabərliyinin pozulmasının bütün formaları ilə mübarizənin, söz və fikir azadlığı müdafiəsinin tərəfdarı olduğunu bəyan edib. 

BMT baş katibi Parisdəki hadisələrlə bağlı müsəlmanlardan intiqam almamağa çağırıb.  "Bu əsassız fikirlərin reallaşması yalnız terrorçulara sərf edəcək və zorakılıq hallarının artmasına gətirib çıxaracaq", - deyə,  Pan Gi Mun bildirib.

BMT Baş katibi beynəlxalq ictimaiyyəti bütün formalarda ola biləcək beynəlxalq terrorizmlə mübarizədə səyləri artırmağa çağırıb. 

Yanvarın 11-də Parisdə fransızlar və dünyanın müxtəlif ölkələrindən qonaqlar terrorizmə qarşı marşda iştirak ediblər. 

Məlumat verilir ki, marşda təxminən 3 mln. insan iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi