BMT baş katibi Liviya paytaxtını tərk edəcək

BMT baş katibi Liviya paytaxtını tərk edəcək Liviya paytaxtı Tripolidə olan BMT baş katibi Antonio Quterreş Liviya Milli Ordusunun yaxınlaşmasına baxmayaraq, Tobruq və Benqazi şəhərlərinə getmək niyyətindədir.
Digər ölkələr
5 Aprel , 2019 15:31
BMT baş katibi Liviya paytaxtını tərk edəcək

Liviya paytaxtı Tripolidə olan BMT baş katibi Antonio Quterreş Liviya Milli Ordusunun yaxınlaşmasına baxmayaraq, Tobruq və Benqazi şəhərlərinə getmək niyyətindədir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Xəlifə Həftərin komandası altındakı Liviya Milli Ordusu müqavimətə rast gəlmədən paytaxtın cənub-qərbindəki bəzi əraziləri tutub.

“Tripolidən Tobruqa sonra Benqaziyə gedirəm. Məqsədim əvvəlki kimi, hərbi toqquşmalara son qoymaqdır. Bir daha Liviyadakı böhrandan hərbi yolla yox, yalnız siyasi yolla çıxmaq olduğunu bildirirəm”, - BMT baş katibi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi