BMT baş katibi Kosovonun ordu yaratmaq qərarından narahatdır

BMT baş katibi Kosovonun ordu yaratmaq qərarından narahatdır Bakı. 15 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quterreş tanınmamış Kosovo dövlətinin təhlükəsizlik qüvvələrinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra qanun layihələrinin qəbul edilməsi haqqında məlumatdan narahatdır.
Digər ölkələr
2955
15 Dekabr , 2018 04:55
BMT baş katibi Kosovonun ordu yaratmaq qərarından narahatdır

Bakı. 15 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quterreş tanınmamış Kosovo dövlətinin təhlükəsizlik qüvvələrinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra qanun layihələrinin qəbul edilməsi haqqında məlumatdan narahatdır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat xidməti məlumat yayıb.

Baş katib vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1244 (1999) saylı qətnaməsi ilə üzərinə Kosovoda təhlükəsiz şəraitin təmin edilməsinə görə məsuliyyət qoyulmuş təhlükəsizlik qüvvələri bu ölkənin beynəlxalq mövcudluğu üçün yeganə hüquqi əsası təmin edir.

Bundan başqa, Quterreş tərəfləri təmkinli olmağa və -nin dəstəyi ilə Belqrad və Priştina arasında dialoqun daha da pisləşməsinə və gərginliyin artmasına gətirib çıxara biləcək əməllərdən çəkinməyə çağırıb.

Qeyd edək ki, Kosovo parlamentinin deputatları ölkədə mükəmməl ordunun yaradılmasını təsdiqləyiblər.

Daha əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo xüsusi təyinatlılarının fəaliyyəti səbəbindən ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.

Son xəbərlər

Orphus sistemi