​BMT Baş katibi korrupsiya qalmaqalı ilə bağlı daxili araşdırma aparmağı tapşırıb

​BMT Baş katibi korrupsiya qalmaqalı ilə bağlı daxili araşdırma aparmağı tapşırıb "BMT bu təşkilatın adı altında həyata keçirilən korrupsiya aktlarına göz yummayacaq"
Digər ölkələr
9 Oktyabr , 2015 11:24
​BMT Baş katibi korrupsiya qalmaqalı ilə bağlı daxili araşdırma aparmağı tapşırıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ BMT Baş katibi Pan Gi Mun təşkilatın "Global Sustainability Foundation" və "Sun KianIp Group" şirkətləri arasındakı münasibətlərlə bağlı daxili araşdırma aparmağı tapşırıb. "Report" xəbər verir ki, Pan Gi Mun bu qərarı ABŞ prokurorluğu BMT Baş Assambleyası 68-ci sessiyasının keçmiş prezidenti Con Eşə qarşı Çin iş adamlarından rüşvət aldığı barədə ittiham irəli sürdükdən sonra qəbul edib.

"ABŞ federal orqanları tərəfindən irəli sürülən son ittihamları nəzərə alaraq, BMT Baş katibi Pan Gi Mun Daxili Nəzarət xidmətinə BMT və "Global Sustainability Foundation", həmçinin "Sun Kian Ip Group" şirkətləri arasında əməkdaşlığın bütün məqamlarının auditi və bu şirkətlərdən əldə olunan hər hansı vəsaitin istifadə olunması ilə bağlı araşdırma aparmağı tapşırıb", - Pan Gi Munun sözçüsü onun adından verdiyi bəyanatda deyib.

BMT Baş katibi BMT-də korrupsiyanın yolverilməz olduğunu bildirərək, bu təşkilatın adı altında həyata keçirilən korrupsiya aktlarına göz yummayacağını deyib.

Son xəbərlər

Orphus sistemi