BMT-nin baş katibi Kipr məsələsini konstruktiv və kreativ həll etməyə çağırıb

BMT-nin baş katibi Kipr məsələsini konstruktiv və kreativ həll etməyə çağırıb Antoniu Quttereş Kiprin yunan və türk icmalarının rəhbərləri ilə görüşüb
Digər ölkələr
1 İyul , 2017 19:26
BMT-nin baş katibi Kipr məsələsini konstruktiv və kreativ həll etməyə çağırıb

Bakı. 1 iyul. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quttereş İsveçrənin Krans Montana şəhərində keçirilən Kipr məsələsi üzrə konfransın üzvləri ilə görüşüb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə Kiprin yunan və türk icmalarının rəhbərləri - Nikos Anastasiadis və Mustafa Akıncı, eyni zamanda Böyük Britaniya, Yunanıstan və Türkiyə nümayəndələri ilə keçirilən görüşdən sonra A.Quttereş bildirib ki, tərəflər Kipr məsələsinin hərtərəfli həllinə gətirib çıxara biləcək tədbirlər planın əsas elementlərini çox yaxşı dərk edirlər.

Baş katib qeyd edib ki, bu məsələdə bir neçə həssas məqamların həlli qalıb. "Müzakirələr göstərir ki, ümumi zəmini yarada biləcək həlləri tapmaq lazımdır. Mən bütün tərəfləri konstruktiv və kreativ şəkildə bu məsələnin həlli yollarını axtarmağa çağırıram" - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi