​BMT Baş Assambleyasının sabiq sədri rüşvətə görə saxlanılıb

​BMT Baş Assambleyasının sabiq sədri rüşvətə görə saxlanılıb Con Aşe çərşənbə axşamı həbs olunub
Digər ölkələr
6 Oktyabr , 2015 22:33
​BMT Baş Assambleyasının sabiq sədri rüşvətə görə saxlanılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Antiqua və Barbuda Karib hövzəsi dövlətinin BMT-dəki sabiq daimi nümayəndəsi, BMT Baş Assambleyasının 68-ci sessiyasının sədri vəzifələrinin icraçısı Con Aşe beş nəfər də daxil olmaqla ABŞ tərəfindən iri həcmdə rüşvət almaqda ittiham olunur.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Aşe çərşənbə axşamı həbs olunub.

Amerika hüquq-mühafizə orqanlarının fərziyyəsinə görə, bu diplomat Çinin daşınmaz əmlak maqnatı Lap Senq və digər iş adamlarından sərfəli investisiya və dövlət müqavilələrinin əldə olunmasında göstərdiyi köməklik müqabilində rüşvət qismində yarımmilyondan çox dollar qəbul edib.

Aşe pul müqabilində BMT-də tutduğu vəzifələrdən sui-istifadə edib. Cinayət sxemi 2011-ci ildən 2014-cü ilədək fəaliyyətdə olub.

Son xəbərlər

Orphus sistemi