Yuxarı

​BMT Baş Assambleyasının rüşvətxorluqda ittiham olunan sabiq sədri vəfat edib

Con Eşin 61 yaşı var idi

Bakı. 23 iyun. REPORT.AZ/ BMT Baş Assambleyasının ABŞ hökuməti tərəfindən 1,3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunan keçmiş sədri Con Eş vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun vəkilinə istinadən "Reuters" məlumat yayıb.

Ötən ilin oktyabrında Nyu-York Prokurorluğu Çinin Makao inzibati rayonu ərazisində daşınmaz əmlakın tikintisi ilə bağlı BMT-nin vəzifəli şəxslərinin iştirakı ehtimalı ilə korrupsiya sxeminin təhqiqatına başlayıb. İttiham çinli sahibkar Nq Lap Senq və onunla əlaqəli şəxslərə qarşı irəli sürülüb. Məlum olub ki, işin içində BMT Baş Assambleyasının sabiq prezidenti və daimi nümayəndə Barbuda Con Eş və Antiqua da var.

İstintaqın məlumatına görə, Makaoda daşınmaz əmlakın tikintisi ilə məşğul olan çinli biznesmenlər tərəfindən Eşə verilən rüşvətin ümumi həcmi 1,3 milyon dollar təşkil edib. Eşin 61 yaşı var idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi