BMT Baş Assambleyasının rəhbəri Azərbaycan-Ermənistan dialoqundan danışıb

BMT Baş Assambleyasının rəhbəri Azərbaycan-Ermənistan dialoqundan danışıb BMT Baş Assambleyası dünyanın müxtəlif yerlərində cərəyan edən münaqişələrin həlli üçün öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq.
Digər ölkələr
321
15 Sentyabr , 2021 08:53
BMT Baş Assambleyasının rəhbəri Azərbaycan-Ermənistan dialoqundan danışıb

BMT Baş Assambleyası dünyanın müxtəlif yerlərində cərəyan edən münaqişələrin həlli üçün öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq.

Bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid münaqişədən sonrakı dövrdə Azərbaycanla Ermənistan arasında dialoqun qurulması məsələsinin BMT Baş Assambleyasında müzakirəsi ilə bağlı “Report”un sualına cavablandırarkən deyib.

“Sülh və təhlükəsizlik məsələləri birbaşa olaraq BMT Təhlükəsizlik Şurasının mandatına daxildir. Buna baxmayaraq, BMT Baş Assambleyasının da bu kimi məsələlərdə öz rolu var. Mən Baş Assambleyanın öhdəliklərini bütün dünyada yerinə yetirməyə çalışacam”, - deyə o qeyd edib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi