​BMT Baş Assambleyasının 70-ci sessiyası öz işinə başlayıb

​BMT Baş Assambleyasının 70-ci sessiyası öz işinə başlayıb Yubiley sessiyasını rəsmi olaraq Assambleyanın seçilmiş sədri Moqens Lükketorf açıb
Digər ölkələr
16 Sentyabr , 2015 04:22
​BMT Baş Assambleyasının 70-ci sessiyası öz işinə başlayıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasının açılışı olub.

"Report" xəbər verir ki, sessiyanı rəsmi olaraq Assambleyanın seçilmiş sədri Moqens Lükketoft açıb.

Yaxın bir il ərzində keçiriləcək iclaslarda 150-dən çox məsələyə baxılması nəzərdə tutulub. Onların arasında qadınların vəziyyətinin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması məsələləri, mədəni dəyərlərin ilkin mənbələrinə qaytarılması, beynəlxalq sülh və təhlükəsizlik, həmçinin silahsızlaşdırmaya dəstək göstərilməsi var.

Son xəbərlər

Orphus sistemi