BMT Baş Assambleyasında Əfqanıstanla bağlı görüş keçiriləcək

BMT Baş Assambleyasında Əfqanıstanla bağlı görüş keçiriləcək BMT Baş Assambleyasının Ali sessiya həftəsində Əfqanıstanla bağlı görüşün keçiriləcəyi gözlənilir.
Digər ölkələr
17 Sentyabr , 2021 09:40
BMT Baş Assambleyasında Əfqanıstanla bağlı görüş keçiriləcək
Antoniu Quterreş

BMT Baş Assambleyasının Ali sessiya həftəsində Əfqanıstanla bağlı görüşün keçiriləcəyi gözlənilir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Antoniu Quterreş məlumat verib.

O, Əfqanıstan, Suriya və Liviyada vəziyyətlə bağlı görüşlərin olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib: “Bir neçə paralel, virtual tədbir keçiriləcək. Əlbəttə ki, Əfqanıstan və digər mövzularla bağlı görüşlər planlaşdırılıb”.

BMT Baş Assambleyasının Ali sessiya həftəsi sentyabrın 21-27-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi