BMT Baş Assambleyası təşkilatın büdcəsinin həcminin artırılması barədə qərar qəbul edib

BMT Baş Assambleyası təşkilatın büdcəsinin həcminin artırılması barədə qərar qəbul edib BMT-nin Nyu-Yorkdakı qərargahında Baş Assambleyanın 71-ci sessiyasının əsas hissəsi başa çatıb
Digər ölkələr
28 Dekabr , 2016 10:31
BMT Baş Assambleyası təşkilatın büdcəsinin həcminin artırılması barədə qərar qəbul edib

Bakı. 28 dekabr. REPORT.AZ/ BMT-nin Nyu-Yorkdakı qərargahında Baş Assambleyanın 71-ci sessiyasının əsas hissəsi başa çatıb.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, plenar iclasda Assambleyanın Beşinci (maliyyə və inzibati) Komitəsinin qətnaməsi təsdiq edilib. Onların arasında 2016-2017-ci illər üzrə təşkilatın büdcəsinə yenidən baxılması, 33 siyasi missiyanın maliyyələşdirilməsi, eləcə də kadr islahatları barədə qərarlar da var.

Baş Assambleya təşkilatın büdcəsini 5,4 milyard dollardan 5,61 milyard dollara qədər artırmaq qərarına gəlib. Nümayəndələr həmçinin təşkilatın 33 xüsusi siyasi missiyasının fəaliyyəti üçün 639 milyon dollar ayırmağa qərar verib.

Qeyd edək ki, Baş Assambleya BMT-nin əsas məşvərətçi orqanıdır. Bura üzv dövlətlərin hər birindən nümayəndə daxildir və onların hər birinin bir səs hüququ var.

Xatırladaq ki, Baş Assambleyanın 71-ci sessiyası öz işinə sentyabrın 13-də başlayıb. Sessiya 2017-ci ilin sentyabr ayında bağlanacaq. Sessiyanın əsas hissəsi ənənəvi olaraq Yeni ilə qədər bitir.

Son xəbərlər

Orphus sistemi