Bu gün Nyu-Yorkda
"Report"un məlumatına görə yüksək səviyyəli həftə sentyabrın 30-a qədər davam edəcək.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrikin sözlərinə görə, yüksək səviyyəli həftədə 196 nümayəndə heyətinin, o cümlədən 91 dövlət başçısının, 6 vitse-prezidentin, 45 hökumət başçısının, 5 baş nazir müavininin, 44 nazirin iştirakı gözlənilir.
Sessiyada təxminən 630 müxtəlif görüş planlaşdırılıb. Ekspertlərin sözlərinə görə, bundan başqa, 360 paralel tədbir nəzərdə tutulub. Tədbirlərdən təxminən 50-də iqlim məsələləri, ən azı 30-da müxtəlif münaqişələrin müzakirəsi nəzərdə tutulub.
Dövlət başçılarının siyahısında ABŞ prezidenti Donald Trampın da adı var. O, müzakirələrin birinci günündə çıxış edəcək.