Bakı. 14 iyun. REPORT.AZ/ BMT Baş Assambleyası İsrailin Qəzza sektorundakı hərəkətlərini pisləyib.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Beynəlxalq təşkilatın bununla bağlı müvafiq qətnamə layihəsi ərəb dövlətləri tərəfindən hazırlanıb. Səsvermə Baş Assambleyanın 10-cu xüsusi iclasında keçirilib.
Sənədə 120 ölkə səs verib. 8 dövlət onun əleyhinə çıxıb. Bundan əlavə, 45 ölkə səsvermədə bitərəf qalıb.
Qətnamə layihəsində İsrail tərəfindən Fələstinin dinc sakinlərinə qarşı həddən artıq, qeyri-proporsional və gücdən istifadə ilə əlaqədar təəssüf hissi ifadə edilir.