BMT Baş Assambleyası Çernobıl qəzasının 30 illiyinə həsr olunmuş iclas keçirəcək

BMT Baş Assambleyası Çernobıl qəzasının 30 illiyinə həsr olunmuş iclas keçirəcək Çernobıl AES-də qəza 1986-cı il aprelin 26-da baş verib
Digər ölkələr
26 Aprel , 2016 09:02
BMT Baş Assambleyası Çernobıl qəzasının 30 illiyinə həsr olunmuş iclas keçirəcək

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün BMT Baş Assambleyası atom sənayesi tarixində ən böyük fəlakət kimi tarixə düşən Çernobıl qəzasının 30 illiyinə həsr olunmuş xüsusi iclasda toplaşacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, tədbirin keçirilməsi 2013-cü ilin dekabrında Baş Assambleyanın qəbul etdiyi qətnaməyə əsasən təmin edilir.

Görüşdə BMT baş katibi Pan Gi Mun, Baş Assambleyanın 70-ci sessiyasının sədri Mogens Lükketoft, eləcə də Rusiya, Belarus və Ukrayna nümayəndələri çıxış edəcək.

Xatırladaq ki, Çernobıl AES-də qəza 1986-cı il aprelin 26-da baş verib. Reaktorda baş vermiş partlayış nəticəsində o zaman 6,9 milyon insanın yaşadığı 57 min kv.km-dən çox ərazi radioaktiv çirklənməyə məruz qalıb. 

Son xəbərlər

Orphus sistemi