BMT Baş Assambleyasının 72-ci iclası öz işinə başlayıb

BMT Baş Assambleyasının 72-ci iclası öz işinə başlayıb Baş Assambleyada 160 məsələyə baxılacaq
Digər ölkələr
13 Sentyabr , 2017 01:09
BMT Baş Assambleyasının 72-ci iclası öz işinə başlayıb

Bakı. 13 sentyabr. REPORT.AZ/  BMT Baş Assambleyasının sayca 72-ci iclası öz işinə başlayıb.

"Report" RİA "Novosti"ə istinadən xəbər verir ki, iclasa sədrliyi Sloveniyanın xarici işlər naziri Miroslav Layçak edir. 

Bir il ərzində Baş Assambleyada 160 məsələyə baxılacaq. Bunlar arasında Afrikanın inkişafı, terrorçuluqla mübarizə, narkotiklərə nəzarət, insan haqları, ayrıseçkiliyə son qoyulması və inzibati məsələlər var.

Qeyd edək ki, 19-25 sentyabrda dövlət, hökümət və xarici işlər nazirllikləri başçıların toplanışı ilə yüksək səviyyəli ümumi siyasi müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi