Yuxarı

BMT: Avropaya yarım milyondan çox miqrant pənah gətirib

515 min insan müharibə və yoxsulluq səbəbi ilə Yaxın Şərq və Afrika ölkələrini tərk edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumata görə, cari il ərzində Aralıq dənizi vasitəsilə Avropaya gələn mühacirlərin sayı yarım milyondan artıq olub.

“Report”un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, BMT rəsmiləri bildirib ki, sığınacaq axtaran təxminən 515 min insan müharibə və yoxsulluq səbəbi ilə Yaxın Şərq və Afrika ölkələrini tərk edib. Onların 383 mini Yunanıstanın sahillərinə, 129 mini isə İtaliyaya yetişib. Qaçqın agentliyi bildirib ki, 3 min nəfər həddindən artıq dolu qayıqlarda Avropaya yolda ya dənizdə boğulub, ya da itkin düşüb.

Avropaya üz tutan insanların yarıdan çoxu dörd ildən artıqdır prezident Bəşad Əsədi hakimiyyətdən salmaq üçün döyüşən üsyançılar və hökumət qüvvələri arasında gedən müharibədən qaçmaq istəyən Suruya qaçqınlarıdır.

Mühacir axını məsələsi ilə bağlı Avropa ölkələrində fikir ayrılığı mövcuddur. Avropanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan Almaniya və bəzi şimali Avropa ölkələri qaçqınları qəbul etməyə hazır olduğu halda, mərkəzi Avropanın bəzi ölkələri miqrantların öz ərazilərindən keçməsi qarşısında maneə yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi