BMT: Növbəti iki il ərzində Avropaya cənubdan 850 min mühacir gələcək

BMT: Növbəti iki il ərzində Avropaya cənubdan 850 min mühacir gələcək 2016-ci ildə isə mühacir axını daha da artacaq
Digər ölkələr
9 Sentyabr , 2015 01:20
BMT: Növbəti iki il ərzində Avropaya cənubdan 850 min mühacir gələcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ BMT-nin hesablamalarına görə, növbəti iki il ərzində Avropaya cənubdan azı 850 min mühacir gələcək. 

"Report" "Lenta.Ru" saytına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, 2015-ci ilin ilk səkkiz ayı ərzində Yaxın Şərq və Afrika ölkələrindən Avropaya axın edən mühacirlərin sayı 378 min keçib. 2016-ci ildə isə bu göstərici daha da artacaq.

BMT nümayəndələri hesab edir ki, Avropa İttifaqına üzv dövlətlərin mühacirlər üçün ayırdığı kvotadan 25 dəfə artıq əcnəbi Avropa qitəsinə üz tutacaq. Onların əksəriyyəti isə Almaniya və Fransada yerləşəcək.

Son xəbərlər

Orphus sistemi