BMT: Avropada mühacir böhranı dərinləşir

BMT: Avropada mühacir böhranı dərinləşir Təklif gələn sabah keçiriləcək Türkiyə-Avropa İttifaqı görüşündən əvvəl irəli sürülüb
Digər ölkələr
6 Mart , 2016 21:30
BMT: Avropada mühacir böhranı dərinləşir

Bakı. 6 mart. REPORT.AZ/ Yunanıstana sığınan minlərlə mühacirin vəziyyəti ciddi şəkildə ağırlaşır. "Report"-un BMT-nin Qaçqınlar üzrə Agentliyinə əsasən verdiyi məlumata görə, 30 mindən artıq mühacir qeyri-insani şəraitdə yaşayır. Agentlik bu səbəbdən böhranın həllinə dair plan açıqlayıb.

Təklif gələn martın 7-də Brüsseldə keçiriləcək Türkiyə-Avropa İttifaqı görüşündən əvvəl irəli sürülüb.

Agentliyin sözçüsü Melissa Fleminq deyib ki, vəziyyət Avropa ölkələri keçən il vəd etdikləri kimi mühacirləri qəbul etsə, böhranın böyük bir hissəsi həll edilmiş olacaq.

Avropa İttifaqı indiyədək 160 min qaçqının 28 ölkə arasında bölüşdürülməsinə razılıq verib.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin altı hissəli planında mühacirlərin təcili şəkildə yerləşdirilməsi, onların statusuna kvalifikasiyası olmayanların vətənlərinə qaytarılması təklif edilir.

Son xəbərlər

Orphus sistemi