BMT Aralıq dənizində qaçqın ölümünün rekord həddə çatdığını bildirib

BMT Aralıq dənizində qaçqın ölümünün rekord həddə çatdığını bildirib Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu il Aralıq dənizində miqrantların və qaçqınların ölüm sayı rekord həddə çatıb.
Digər ölkələr
3 Sentyabr , 2018 05:31
BMT Aralıq dənizində qaçqın ölümünün rekord həddə çatdığını bildirib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu il Aralıq dənizində miqrantların və qaçqınların ölüm sayı rekord həddə çatıb.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin məruzəsində bildirilir.

Məruzədə qeyd olunur ki, Aralıq dənizində itkin düşən və ya ölənlərin sayı 1600 nəfəri ötüb. 

Sənədə əsasən 2018-ci ildə Avropaya gələn qaçqınların sayı 42 faiz azalıb. Lakin onlar arasında ölümün səviyyəsi kəskin şəkildə artıb. Ötən il Aralıq dənizində hər 43 qaçqından 1-i ölüb. İndi bu ərazidə hər 18 miqrantdan 1-i ölür.

"Bu hesabat bir daha təsdiq edir ki, Aralıq dənizi yolu ən öldürücüdür", - deyə təşkilatın Avropa bürosunun rəhbəri Paskal Moro BMT-nin hesabatını şərh edib.

Aralıq dənizi sahilində yerləşən ölkələr vasitəsilə Avropaya keçmək istəyən qaçqınların sayı 2015-ci ildə, Yaxın Şərqin və Şimali Afrikanın bir sıra ölkələrində münaqişələrin genişlənməsi səbəbindən artıb. İyulda Liviya sahillərində gəmi qəzası nəticəsində 63 nəfər itkin düşüb.

Son xəbərlər

Orphus sistemi