BMT ali komissarı Pakistan və İordaniyanı ölüm cəzasına moratoriumun ləğvi haqqında qərarı yenidən nəzərdən keçirməyə çağırıb

BMT ali komissarı Pakistan və İordaniyanı ölüm cəzasına moratoriumun ləğvi haqqında qərarı yenidən nəzərdən keçirməyə çağırıb O vurğulayıb ki, heç bir məhkəmə sistemi səhvdən sığortalanmayıb
Digər ölkələr
23 Dekabr , 2014 10:09
BMT ali komissarı Pakistan və İordaniyanı ölüm cəzasına moratoriumun ləğvi haqqında qərarı yenidən nəzərdən keçirməyə çağırıb

Bakı. 23 dekabr. REPORT.AZ/ BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn Pakistan və İordaniyada ölüm cəzasına moratoriumun ləğv olunması ilə bağlı təəssüf etdiyini bildirib. Bu barədə "Report" BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir. 

O vurğulayıb ki, heç bir məhkəmə sistemi səhvdən sığortalanmayıb və hər iki ölkəni öz qərarlarını  yenidən nəzərdən keçirməyə çağırıb.

"Çox təəssüf ki, Pakistan və İordaniya ölüm cəzalarını bərpa ediblər və bununla da müvafiq olaraq 2008 və 2006-cı ildə daxil etdikləri moratoriumu ləğv ediblər", - BMT-nin baş hüquq müdafiəçisi xüsusi bəyanatında qeyd edib.  
Zeyd Raad əl-Hüseyn xatırladıb ki, təxminən 160 ölkə ölüm cəzalarını ləğv edib, və ya onun tətbiqindən imtina ediblər.  
BMT ali komissarı Pakistan və İordaniyanı ölüm cəzasına moratorium qoymağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi