BMT 2023-cü ildə qlobal iqtisadi artımın azalacağını proqnozlaşdırıb

BMT 2023-cü ildə qlobal iqtisadi artımın azalacağını proqnozlaşdırıb 2022-ci ildə qlobal iqtisadiyyatın artımı 2,5%, 2023-cü ildə isə bu temp 2,2%-ə qədər azalacaq.
Digər ölkələr
4 Oktyabr , 2022 02:44
BMT 2023-cü ildə qlobal iqtisadi artımın azalacağını proqnozlaşdırıb

2022-ci ildə qlobal iqtisadiyyatın artımı 2,5%, 2023-cü ildə isə bu temp 2,2%-ə qədər azalacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, belə bir proqnozla Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı çıxış edib.

Mütəxəssislərin fikrincə, gələn ilin sonuna qədər qlobal ÜDM-in artım tempi hələ də koronavirus pandemiyasından əvvəlkindən aşağı olacaq.

İqtisadi geriləmə planetin bütün regionlarına təsir edəcək, lakin BMT-nin qurumu xüsusilə inkişaf etməkdə olan ölkələrdəki vəziyyətdən narahatdır. Proqnozlara görə, bu ölkələrdə artım templəri 3%-dən aşağı düşəcək və davamlı inkişaf üçün kifayət etməyəcək.

Eyni zamanda, Afrikanın aşağı gəlirli ölkələrinin demək olar ki, 60%-i artıq borc stressi və ya yüksək risk altındadır və qitə ölkələrinin 60%-dən çoxunun ərzaqla təmin olunması üçün xarici yardıma ehtiyacı var.

Hazırda dünyanın 46 inkişaf etməkdə olan ölkəsi çoxsaylı iqtisadi sarsıntılara məruz qalır, daha 48 ölkə isə ciddi şoklara məruz qalır ki, bu da qlobal borc böhranı təhlükəsini artırır. Ticarət və İnkişaf üzrə Konfrans dünya ictimaiyyətini inkişafa yardımı artırmağa çağırır.

Son xəbərlər

Orphus sistemi