Yuxarı

BMT 2016-cı il üçün 20 mlrd. dollar həcmində humanitar yardım istəyib

Antonio Qutteriş: Siz onu hərdi xərclərlə müqayisə etsəniz, vəsaitin olduqca real olduğunu anlayarsız

Bakı. 8 dekabr. REPORT.AZ/ BMT 2016-cı ildə 87 milyon insana humanitar yardımın göstərilməsi üçün 20 mlrd. dollar məbləğində vəsaitin yığılması barədə müraciət dərc edib.

Bu barədə"Report" "Reuters"ə istinadən xəbər verir.

BMT baş katibinin Humanitar məsələlər üzrə müavini Stiven O'Brayenin sözlərinə görə, ümumi mənzərə ürəkaçan deyil.

"Əlbəttə ki, bu, çox böyük məbləğdir. Lakın, siz onu hərbi xərclərlə müqayisə etsəniz, vəsaitin real olduğunu anlayarsınız", - BMT-nin qaçqınlarla iş üzrə Ali Komissarı Antonio Qutteriş bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi