BMT: Son yeddi ayda 4 027 miqrant ölüb

BMT: Son yeddi ayda 4 027 miqrant ölüb Təşkilatın sözçüsü: "Ötən ilin eyni dövrü ilə müqayisədə dünyada miqrant ölümü 35 faiz artıb"
Digər ölkələr
2 Avqust , 2016 20:22
BMT: Son yeddi ayda 4 027 miqrant ölüb

Bakı. 2 avqust. REPORT.AZ/ Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) son yeddi ayda 4 027 miqrantın öldüyünü açıqlayıb. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, qurumdan həmçinin son on gündə Liviya sahillərində dalğaların gətirdiyi 120 meyitin tapıldığı vurğulanıb.  

Təşkilatın sözçüsü Joel Millman isə dünyasını dəyişənlərdən 3/4-nün Avropaya getmək istəyərkən Aralıq dənizində boğulduğunu bildirib: "Ötən ilin eyni dövrü ilə müqayisədə dünyada miqrant ölümü 35 faiz artıb". 

Eyni zamanda, İtaliya son iki gündə 3 mindən çox miqrantın Aralıq dənizində ölümdən xilas olunduğunu açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi