Yuxarı
    Bağlamaq

    BMqT: Bu il Aralıq dənizində 4 220 miqrant boğularaq ölüb

    İtayi Viriri: Bu il daha çox miqrantın ölməsi faciədir

    Bakı. 4 noyabr. REPORT.AZ/ "Bu il Aralıq dənizi vasitəsilə Avropa sahillərinə çatmaq istəyən miqrantlardan 4 220 nəfəri boğularaq ölüb". 

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) sözçüsü İtayi Viriri bildirib. 

    Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 725-dən çox miqrantın ölməsi deməkdir. 

    İ.Viriri deyib ki, bu il noyabrın 2-də dəniz yolu ilə Avropa sahillərinə 335 031 nəfər daşınıb: "Onlardan 169 901 nəfəri Yunanistan, 159 496 nəfəri isə İtaliyaya çatıb. Ötən ilin eyni dövründə Avropa sahillərinə 728 926 miqrant daşınıb. Bu il daha çox miqrantın ölməsi faciədir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi