Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın növbəti hədəfi dövlət başçısının maliyyə bazarlarının çökməsində görə bütün məsuliyyəti üzərinə yıxacağı güman edilən maliyyə naziri Stiven Mnuçin ola bilər.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Agentlik qeyd edir ki, Mnuçinin dekabrın 23-də ABŞ-ın aparıcı altı bankının başçısı ilə görüşləri və Milad bayramı ərəfəsində maliyyə sektorunun tənzimləyiciləri ilə görüşməsi sərmayəçiləri və elə Trampın özünə də sakitləşdirməyib.
Mənbələrdən biri "Bloomberg"ə bildirib ki, Tramp artıq Mnuçinin işdən azad edilməsinin mümkünlüyü barədə düşünüb. Digər mənbə iddia edir ki, maliyyə nazirinin gələcək taleyi ABŞ fond bazarının göstəricilərindən asılı olacaq.
Daha əvvəl Tramp FES-in işini tənqid edib və Mərkəzi Bankın ABŞ-ın iqtisadiyyatının yeganə problemi olduğunu, bazarı hiss etmədiyini qeyd edib.