"Bloomberg" dünyanın uğursuz iqtisadiyyatlarının reytinq siyahısını tərtib edib

"Bloomberg" dünyanın uğursuz iqtisadiyyatlarının reytinq siyahısını tərtib edib Siyahıda Venesuela birinci yerdədir
Digər ölkələr
3 Mart , 2015 15:35
Bloomberg dünyanın uğursuz iqtisadiyyatlarının reytinq siyahısını tərtib edib

Bakı. 3 mart. REPORT.AZ/ Venesuela, Argentina və Cənubi Afrika Respublikası dünyanın ən uğursuz iqtisadiyyatlarının reytinqinə daxil ediliblər. 

"Report" xəbər verir ki, bu, "Bloomberg" agentliyi tərəfindən tərtib olunan "uğursuzluq indeksi" (Misery Index) reytinq cədvəlində əksini tapıb. İndeks bu ölkələrdə inflyasiya və işsizlik səviyyəsinin nəzərə alınması ilə müəyyən edilib. 

Reytinqdə birinci yerdə Venesuela qərarlaşıb Onun indeksi 85%-ə yaxındır. Daha sonra Argentina (30%-dən artıq), CAR (29%), Ukrayna (27%) və Yunanıstan (23%) gəlir.

Rusiya 20%-lə yeddinci mövqeni tutur. Top-15-də sonuncu yerdə İndoneziya qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi