“Bloomberg”: “Aİ rus oliqarxların aktivlərini Ukraynanın bərpasına yönəldə bilər”

“Bloomberg”: “Aİ rus oliqarxların aktivlərini Ukraynanın bərpasına yönəldə bilər” Avropa İttifaqında (Aİ) sanksiyalara məruz qalmış rusiyalı oliqarxların dondurulmuş aktivlərinin müharibədən sonra Ukraynanın bərpasının maliyyələşdirilməsinə yönəldilməsi müzakirə olunur.
Digər ölkələr
19 Mart , 2022 10:11
“Bloomberg”: “Aİ rus oliqarxların aktivlərini Ukraynanın bərpasına yönəldə bilər”

Avropa İttifaqında (Aİ) sanksiyalara məruz qalmış rusiyalı oliqarxların dondurulmuş aktivlərinin müharibədən sonra Ukraynanın bərpasının maliyyələşdirilməsinə yönəldilməsi müzakirə olunur.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu ideyanın hələ ilkin mərhələdədir və hələ qəti qərar qəbul edilməyib. Mümkün variantlardan biri kimi bu aktivlərdən hərbi reparasiyaların maliyyələşdirilməsi üçün istifadə edilməsi göstərilir. Bu aktivlərdən necə istifadə ediləcəyi barədə qərarı Aİ ölkələri qəbul edəcək. Hazırda oliqarxların aktivləri sadəcə dondurulub.

Son xəbərlər

Orphus sistemi