Blinken və Borrell Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

Blinken və Borrell Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər Ukrayna mövzusu ABŞ-Avropa İttifaqı Enerji Şurasının iclasında, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrel arasında keçirilən görüşdə fəal müzakirə edilib.
Digər ölkələr
7 fevral 2022 23:37
Blinken və Borrell Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

Ukrayna mövzusu ABŞ-Avropa İttifaqı Enerji Şurasının iclasında, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenlə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrel arasında keçirilən görüşdə fəal müzakirə edilib.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Onun sözlərinə görə, diplomatların görüşündə Ukrayna ilə bağlı fəal müzakirələr aparılıb:

“ Rusiyanın diplomatiya və dialoq yolunu seçməyəcəyi halda həyata keçiriləcək planların fəal müzakirəsi gedirdi. Dövlət katibi ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı arasında bugünkü müzakirələrin çoxu bu fövqəladə halların planlaşdırılmasının ayrılmaz hissəsi idi”.

Son xəbərlər

Orphus sistemi